Ermənilərin Azərbaycan torpaqlarında həyata
keçirdikləri terror və cinayətlər saysız-hesabsız insan təlafatı həm
xalqımızın, həm də dünya ictimaiyyətinin diqqət mərkəzində duran məsələyə
çevrilmişdir. Bu problemin tarixi köklərini bir az araşdırsaq onun lap qədimə
gedib çıxdığının şahidi oluruq. Ermənilər mövcudluqlarından başlayaraq tarix
boyu öz qonşuları üçün həmişə cinayətkar mövqeyində durublar. Bu etnik toplum
Qafqaza gəldikləri ilk vaxtlardan özləri nail ola bilmədiklərini adlarına
şıxarmaqla özəlləşdirmiş,bütün Qfqaz üçün əsl bəlaya çevrilmişlər. Bu isə özünü
daha kəskin formada – tarixi torpaqlarımıza olan tamahkarlıq, təcavüzkarlıq
iddiası ilə biruzə vermişdir. Milli mədəniyyətimizə, tariximizə qarşı olan bu
amansızlıq bizim bu mənfur düşmənə olan nifrətimizi daha da qəddarlaşdırdı. Ermənilərin
təbiətində olan davakarlıq, təcavüzkarlıq bəlkə də onların tarixi talelərindən
irəli gəlmişdir. Həmişə böyük görünmək istəyən bu kiçik xalq tarix boyu dövlətlərin
hökmranlığı altında yaşamış, əsl həqiqətdə heç bir müstəqil dövlət yarada bilmədikləri
halda, özləirinin xəyal dünyasında böyük erməni dövləti yaratmışlar. Dünya
xalqları içərisində öz nəfisləri ilə
seçilən ,bu gözü doymayan ermənilərin istilası həmişə böyük olmuş, yaranmış
tarixi şəraitdən məharətlə istifadə etməyə
səy göstərmişlər. Xalqımız əsl həqiqəti dünya ictimaiyyətinə çatdırmaqla, doğma
torpaqlarımızda soyqırımlar törədildiyini, Ermənistan ərazisinin əslində bizim
qədim ata-baba torpaqlarımız olduğunu rəsmişləşdirməyə
çalışmış, ermənilərin müxtəlif tarixi dövrlərdə vaxtaşırı xalqımızın taleyinə
qanlı faciəvi hadisələr kimi həkk etdiyi səhifələri obyektiv şəkildə yazılmasına çalışmışdır. Əlbəttə, öz
keçmişini bilməyən xalqın bu günü də,gələcəyi də zamanın sınaqları qarşısında
ciddi təhlükə yarada bilər. Odur ki,dünənimizi öyrənmək bu gün bizim üçün uzaq
görünən tarixi keçmişimizdə başımıza gətirilənləri doğru düzgün anlayıb dərk
etmək, bu günkü istiqlaliyyətimizi qoruyub saxlamaq uğrunda bizə çox gərəkdir.Artıq
bu gün tariximizin uzun illər bizlərdən gizli saxlanılmağa
çalışılan,saxtalaşdırılmaqla təhrif edilən dövr və hadisələrinin obyektiv mənzərəsini
yaratmaq üçün əlimizdə kifayət qədər
imkanlar vardır. İndi bütün dünya erməniləri
və onların havadarlarını çox gözəl tanıyır. Öz dövləti və sərhədləri olmayan ermənilər
dağınıq şəkildə bir sıra ölkələrdə yaşayaraq, bütün Qafqazda və Türkiyənin vilayətlərində
“Dənizdən-dənizə Böyük Ermənistan” dövləti yaratmaq xülyası ilə yaşamışlar. XX əsrdə mərhələlərlə -1905-1907,1918-1948-1953,1988-1993-cü illərdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə
həyata keçirilən etnik təmizləmə və soyqırım siyasəti nətcəsində xalqımız milli
münqişə və məşəqqətlərə məruz qalmışdır. 1724-cü ildə Rus çarı I Pyotrun fərmanında
ermənilərə azərbaycan torpaqlarında yerli əhalini qovmaqla bu ərazidə möhkəmlənmək
kimi bir sıra imtiyazlar verildi. Çarizmin əli
ilə yaradılan erməni azərbaycanlı ziddiyyətlərinin əsası XIX əsrin I yarısında
ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi ilə qoyuldu.1828-ci il Türkmənçay
müqaviləsinə görə İrandan və Türkiyədən İrəvan xanlığı ərazisinə,Qarabağa Azərbaycanın
başqa vilayətlərinə ermənilərin köçürülməsinə başlanıldı.1890-ci ildə təsis
edilən “Daşnakstyun” partiyası erməniləri "Böyük Ermənistan" yaratmağa ruhlandırdı. 1905-1906 cı illərdə həyata
keçirilən soyqırımdan sonra xalqda milli oyanış gücləndi. Azərbaycana qarşı
növbəti məqsədyönlü soyqırım 1918-ci il
30-31 mart –aprel aylarında törədildi. Uzun illər vətəndaş müharibəsi kimi qiymətləndirilən
mart hadisələri həm də ermənipərəst Bakı Sovetinin sonu oldu. 31 mart soyqırımı Azərbaycan xalqı və
dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür.
Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, işgəncələriin
ən ağlagəlməz formasının onların üzərində tətbiqi, doğma yurdlarından sürgün
edilməsi və didərgin salınması XX əsr tarixinin ən acı, faciəli və dəhşətli səhifələrindəndir.
Bakını və Bakı ətrafı bölgələri Türk əhalidən təmizləmək və buraya erməniləri,rusları
yerləşdirmək məqsədi ilə erməni daşnakları və bolşevik birləşmələri tərəfindən
məqsədli aparılan bu qırğına o vaxtlar Bakı Sovetinin sədri olan Stepan Şaumyan
şəxsən rəhbərlik etmişdir. Həmin dövrlərdə Bakıda,Şamaxıda,Qubada və başqa bölgələrimizdə
50 mindən artıq Azərbaycanlı öldürülmüş, yüzlərlə kənd yandırılaraq xarabalığa
çevrilmişdir. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə
məhv edilmişdir. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında,
Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində
xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. 1998-ci ildən 31 mart Azərbaycan
Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd
edilir. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə
xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin
təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar
qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri,
İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri
araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər
Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının
31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi
qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı törədilən soyqırımı və bir əsrdən
artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi
qiymət vermək cəhdi idi. Davamlı şəkildə törədilən yeni təxribatlar,günahsız insanların öldürülməsi
Azərbaycan üçün qarşıya yalnız bir gediş
qoydu: Düşmənə qarşı əks-həmlə əməliyyatları ilə layiqli cavab verməyin ən
düzgün zamanı artıq çatıb! Vaxt itirmədən Azərbaycanın müzəffər ordusu düşmənə
elə bir sarsıdıcı zərbələr endirdi ki, döyüş meydanında onlara elə bir dərs verdi ki, ermənilərin tarixi Qarabağ
torpaqlarımızdakı bu 30 illik rahat yaşayışına əbədi son qoyuldu. Bir ovuc Vətən
torpağı üçün canımızı fəda etməyə hazır olduğumuzu bütün bəşəriyyətə nümayiş
etdirdik. Ali Baş Komandanın rəhbərliyi altında cəncavər əsgərlərimiz əzəli
torpaqlarımızı azad edərək, o torpaqlarda
bir daha enməmək üzrə Azərbaycan bayrağını dalğalandırdılar. İnanırıq ki, tez
bir zamanda erməni cinayətkarları hər öldürülən azərbaycanlıya görə ədalət
kürsüsündə öz layiqli cavablarını alacaqlar və ciddi münaqişəyə səbəb olan bu
erməni məsələsi birdəfəlik olaraq kökündən həll oluncaqdır. O zaman bütün əzəli
torpaqlarımızda xoşbəxt bir sabahın təməli qoyulacaq! Xəyalə Məmmədova, Xocalı şəhər 3 saylı tam orta məktəbin tarix müəllimi